DÜNYA


Bağdadda törədilən partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb 

A+ A

Bakı, 15 oktyabr, AZƏRTAC 

İraqın paytaxtı Bağdadda baş verən partlayış nəticəsində həlak olanların sayı 30 nəfərə satıb. Bu barədə “Əl-Əhram” qəzeti yerli polis orqanlarına istinadla məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, terror aktı paytaxtın Əş-Şaab rayonunda Aşura mərasimi ilə əlaqədar yüzlərlə müsəlmanın toplaşdığı çadırın yaxınlığında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində baş verib.

Qeyd edək ki, BMT-nin məlumatına əsasən, sentyabr ayında İraqda terror aktları nəticəsində min nəfərdən çox insan həlak olub, 1100 nəfər isə xəsarət alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.