DÜNYA


Bağdadda törədilən terror aktı qurbanlarının sayı 55 nəfərə çatıb

Bakı, 16 fevral, AZƏRTAC 

Bu gün Bağdadın cənubunda minalanmış avtomobilin partladılması nəticəsində həlak olanların sayı 55 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, Əl-Cəzirə telekanalının yaydığı məlumata görə, hadisə zamanı daha 60 nəfər yaralanıb.

Bir qədər əvvəl Reuters agentliyi tibb işçilərinə istinadla 48 nəfərin həlak olduğu, France-Press agentliyi isə polisə istinad edərək terror aktı qurbanlarının sayının 39-a çatdığı barədə xəbər yaymışdı.

Minalanmış avtomobilin Bayaa rayonunda partladıldığı bildirilir. France-Press agentliyinin məlumatına görə, terror aktının məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.