İQTİSADİYYAT


Bağlanan 4 bankın əmanətçilərinə 25,3 milyon manatdan çox kompensasiya ödənilib

A+ A

Bakı, 9 avqust, AZƏRTAC

Lisenziyası ləğv edilən "Parabank" ASC-nin qorunan əmanətçilərinə 10,6 milyon manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 10,5 milyon manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 2,7 milyon manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 1,5 milyon manatdan çox kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, ümumilikdə 4 bank üzrə 25,3 milyon manatdan çox kompensasiya ödənilib.

Qeyd edək ki, avqustun 1-dən etibarən Əmanətlərin Sığortalanması Fondu bağlanan 4 bankın qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

İyulun 25-də sığorta hadisəsi baş vermiş "Dekabank" ASC, "Kredobank" ASC və "Zaminbank" ASC-nin qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq "Dekabank" ASC, "Kredobank" ASC və "Zaminbank" ASC-nin baş ofisinə, "Parabank" ASC-nin qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.

Qorunan əmanətçilərin kompensasiya almaq üçün ərizə formalarını avqustun 1-dən etibarən sığorta hadisəsi baş vermiş "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən ofisindən və Fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə etmələri mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.