SİYASƏT


Bahar Muradova: ATƏT-in təsir imkanları artırılmalıdır

Minsk, 6 iyul, AZƏRTAC

ATƏT-in təsir imkanlarını artırmaq üçün onun mexanizm və resurslarından istifadəni daha da gücləndirməliyik.

Bu fikri Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova iyulun 6-da Minskdə ATƏT PA-nın demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə daimi komitəsinin iclasında çıxışı zamanı deyib.

B.Muradova bildirib ki, ATƏT regionunda problemlər və münaqişələr artmaqdadır və bu təşkilata üzv olan ölkələr üçün ciddi siqnaldır.

Sədr müavini qeyd edib ki, insan haqlarının pozulmasının təməlində münaqişələr durur. Demokratiya və insanların hüquqlarının müdafiəsi təhlükəsizliyin əsas qarantı hesab edilir.

“Münaqişə və müharibələr, terror aktları insanların ölümünə, onların həyatının dözülməz olmasına gətirib çıxarır. Baş verə biləcək humanitar fəlakətlərin qarşısını almaq üçün gücümüzü və səylərimizi birləşdirməliyik”,- deyə Bahar Muradova vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.