SİYASƏT


Bahar Muradova: Azərbaycan ATƏT dəyərlərinə hörmətlə yanaşır VİDEO

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Azərbaycanla ATƏT-in uzun illərə söykənən münasibətləri var. Biz bu münasibətlərin ardıcıl və dinamik şəkildə inkişaf etməsində maraqlıyıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Bahar Muradova qeyd edib ki, Azərbaycan ATƏT dəyərlərinə hörmətlə yanaşır: “Təbii ki, biz ATƏT-dən, onun Parlament Assambleyasından bir təşkilat olaraq ATƏT-in mandatına daxil olan məsələlərin həllində iştirakı ilə yanaşı, üzləşdiyimiz əsas problem olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı addımlar gözləyirik. Təsadüfi deyil ki, ATƏT PA-nın hər sessiyasında bu məsələ müzakirə predmeti olur. Nümayəndə heyəti məhdud sayda Makedoniyadakı sessiyada iştirak etmək üçün artıq yola düşüb, orada bu məsələ müzakirə mövzusu olacaq”.

Milli Məclis sədrinin müavini bildirib ki, aprel hadisələrindən sonra danışıqlarda müəyyən irəliləyişin olacağına inam qısa müddətdə formalaşsa da, ötən dövrdə Ermənistanın qeyri-konstruktiv mövqeyi iştirakçıların diqqətinə çatdırılacaq və Azərbaycanın ədalətli mövqeyinin müdafiəsi üçün parlamentarilərə müraciət ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.