SİYASƏT


Bahar Muradova: “Deputatımızın ATƏT PA-nın vitse-prezidenti seçilməsi Azərbaycanın xarici siyasətinin daha bir uğurudur”

A+ A

Tbilisi, 5 iyul, AZƏRTAC

Milli Məclisin deputatının ATƏT Parlament Assambleyasının vitse-prezidenti seçilməsi Azərbaycan dövlətinin başçısının həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasətin qələbəsidir. Bu, həmçinin bütövlükdə Azərbaycan xalqının və parlamentinin uğurudur. Biz uzun illərdir beynəlxalq təşkilatlar, o cümlədən ATƏT ilə sıx əməkdaşlıq edirik. Deputat həmkarımın belə bir yüksək səviyyəli vəzifəyə seçilməsi həm də bu əməkdaşlığın nəticəsidir.

Bu fikirləri jurnalistlərə müsahibəsində Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova söyləyib.

Bahar Muradova Azay Quliyevin ATƏT PA-nın vitse-prezidenti kimi səmərəli fəaliyyət göstərəcəyinə və bu fəaliyyətin də Azərbaycan dövləti, xalqı üçün daha böyük uğurlar gətirəcəyinə əmin olduğunu vurğulayıb. O deyib: “Azay Quliyev bundan əvvəl ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini olub. Həmin dövrlərdə də o, həm təşkilatın fəaliyyətinin səmərəliliyinin artmasında, həm Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə müdafiə olunmasında, həm də problemlərimizin həllində mühüm işlər görüb. İnanırıq ki, qazandığı təcrübə nəticəsində o, vitse-prezident kimi də təşkilatda çox səmərəli fəaliyyət göstərəcək. Azərbaycanı daha yüksək səviyyədə təmsil etməklə yanaşı, ATƏT regionu və ölkəmiz üçün vacib qərarların qəbul edilməsinə nail olacaq”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.