REGİONLAR
“Bahar kuboku-2014” layihəsinin iştirakçıları bu dəfə Qubanın Qəçrəş kəndində yarışıblar
AZƏRTAC xəbər verir ki, rayon mərkəzindən 15 kilometr uzaqlıqda yerləşən Qəçrəş kəndində keçirilən “Bahar kuboku-2014”-ün növbəti seçim turunda 36 nəfər yeniyetmə və gənc iştirak edib.
Tədbir iştirakçılarına ölkəmizdə elan edilən müxtəlif qrant müsabiqələrindən, gənclərə yaradılan imkan və şəraitdən danışılıb, həyata keçirilən layihənin əhəmiyyəti və qaydaları barədə məlumatlar verilib. Bildirilib ki, layihənin əsas məqsədi gənclərin intellektual bacarıqlarını inkişaf etdirmək, onların təhsilə, mütaliə, xüsusilə bədii ədəbiyyata marağını artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək və ən əsası müxtəlif məktəblərdə təhsil alan yeniyetmə və gənclər arasında şəbəkələşməni yaratmaqdır.
İntellektual çoxnövçlük üzrə yarışda 6 komanda əvvlcə “Nə? Harada? Nə vaxt?” və “Xəmsə” oyunlarında qüvvəsini sınayıb.
Yekunda “Avatar” komandası birinci, “Zəfər” intellektləri isə ikinci yerin sahibi kimi final oyunlarına vəsiqə qazanıblar.
Layihə çərçivəsində növbəti tədbir Quba rayonunun Nügədi kəndində reallaşacaq.