İQTİSADİYYAT


Bak Şopinq Festivalına 200 mindən çox insan qatılıb

Bakı, 24 may, AZƏRTAC

Bakı Şopinq Festivalının marketinqi, dünya mediasında işıqlandırılması və təbliğatı sahəsində də mühüm işlər görülüb. Belə ki, ölkəmiz də daxil olmaqla, ümumilikdə 54 ölkədə TV, radio, onlayn media, sosial şəbəkələr və internet televiziyası vasitəsilə festival haqqında məlumat yayılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Vurğulanıb ki, xüsusi olaraq sosial şəbəkələrdə festival barədə informasiyaları milyonlarla insan izləyib. Bunlardan daha çoxu Rusiya, Səudiyyə Ərəbistanı, Ukrayna, Qazaxıstan, Belarusiya, Gürcüstan, BƏƏ, Oman və Qətərdə qeydə alınıb.

Festival çərçivəsində ticarət mərkəzlərinin ərazisində, İçərişəhərdə, Sabir bağında və şəhərimizin digər görkəmli yerlərində təşkil edilmiş müxtəlif tədbirlərdə 200 minədək ziyarətçi iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.