ELM VƏ TƏHSİL


Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə 42 min 801 abituriyent ixtisas seçimi edib

Bakı, 11 avqust, AZƏRTAC 

Avqustun 10-da 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I–IV) üzrə ixtisas seçimi yekunlaşıb.

AZƏRTAC Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, birinci qrup üzrə 14 min 631, ikinci qrup üzrə 12 min 670, üçüncü qrup üzrə 10 min 994, dördüncü qrup üzrə isə 2 min 982 abituriyent ixtisas seçib. Ümumilikdə bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə 41 min 277 abituriyent elektron ixtisas seçimi edib. Onlardan 37 min 469-u Azərbaycan, 3 min 808-i rus bölmələrində təhsil alacaq abituriyentlərdir.

Beşinci ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlərin də elektron ixtisas seçimi başa çatıb. Belə ki, bu ixtisas qrupu üzrə 1524 abituriyent ixtisas seçib. Onlardan 1308-i Azərbaycan, 216-sı rus bölmələrində təhsil alacaq abituriyentlərdir.

Nəticələr yaxın günlərdə açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.