REGİONLAR
“Bakcell” Sumqayıtda növbəti Satış və Xidmət Mərkəzinin açılışını edib
Bakı, 18 noyabr, AZƏRTAC
“Bakcell” şirkəti satış və xidmət mərkəzləri şəbəkəsini genişləndirir. Bu dəfə şirkət Sumqayıt şəhərində növbəti Satış və Xidmət Mərkəzinin açılışını edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, abunəçilər Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsində (Şərq Bazarının yanı) yerləşən bu yeni konsept və dizaynlı Satış və Xidmət Mərkəzində “Bakcell”in xidmət və məhsulları haqda məlumat əldə edə və satışda olan müxtəlif mobil cihazları sınaqdan keçirə bilərlər.
“Sumqayıt bizim abunəçi bazasının çox geniş olduğu şəhərlərdən biridir. Bu yeni Satış və Xidmət Mərkəzi Azərbaycanda ən böyük “BakcellIM”dir. İnanırıq ki, Sumqayıt şəhərinin sakinləri və qonaqlar bu mərkəzdə bizim xidmətlərimizdən rahatlıqla faydalanacaqlar”, - deyə şirkətin baş icraçı direktoru Nikolai Bekers bildirib.
Hazırda “Bakcell”in paytaxt və bölgələrdə 30 Xidmət Mərkəzi müştərilərə xidmət göstərir.