İQTİSADİYYAT


“Bakcell Ulduzum” abunəçiləri üçün “Qatar Airways”dən xüsusi endirim

Bakı, 11 avqust, AZƏRTAC

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkətinin “Qatar Airways” şirkəti ilə əldə etdiyi razılığa əsasən “Bakcell Ulduzum” istifadəçilərinə aviaşirkət tərəfindən xüsusi endirim təklif olunacaq.

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, “Ulduzum” abunəçiləri www.qatarairways.com internet səhifəsindən bilet alarkən 10 faiz endirimdən yararlana biləcəklər. Endirimi əldə etmək üçün “Bakcell” abunəçiləri bileti almazdan öncə “QA” yazıb “5555” qısa nömrəsinə göndərməlidirlər. Daha sonra mesaj vasitəsilə əldə olunan kodu https://www.qatarairways.com/en-az/offers/cug/ulduzum.html səhifəsindəki “Promo Code” pəncərəsinə daxil etmək lazımdır. Qeyd edək ki, 10 faiz endirim biletin baza qiymətinə şamil olunur.

Kampaniya avqustun 7-dən noyabrın 7-dək davam edəcək və bu müddət ərzində əldə edilən səyahət biletləri dekabrın 31-dək keçərlidir. Həmin ərəfədə “Qatar Airways” tərəfindən daxili endirimli kampaniyalar olduqda isə “Ulduzum” istifadəçiləri mövcud endirim faizinə əlavə olaraq 5 faiz endirim qazanacaqlar.

2,5 milyon nəfərdən çox abunəçisi və 200-dən çox tərəfdaşı olan “Ulduzum” bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və proqramının tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya, Şimali Afrika regionunda da ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.

Ulduzum proqramından istifadənin daha asan olması məqsədilə abunəçilərin istifadəsinə verilmiş “Bakcell Ulduz”um mobil tətbiqetməsini (həm “iOS”, həm də “Android” platforması üçün) www.ulduzum.az saytından yükləmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.