İQTİSADİYYAT


“Bakcell” abunəçiləri yol hərəkəti qaydalarını pozduqda SMS alacaqlar

A+ A

Bakı, 12 iyul, AZƏRTAC 

Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” şirkəti abunəçilərinə “SMSRadar” xidmətini təqdim edir.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, aylıq abunə haqqı cəmi 1 AZN olan bu xidmət sayəsində abunəçilər yol hərəkəti qaydalarını pozduqda qayda pozuntusunun vaxtı və cərimə haqqında ətraflı məlumat qeyd olunan SMS alacaqlar. “SMSRadar” adlı bu innovativ xidmətdən faydalanmaq üçün istənilən tarifdən istifadə edən “Bakcell” abunəçisi idarə etdiyi nəqliyyat vasitəsinin nömrəsini (misal: 00-XX-000) SMS vasitəsilə 5666 qısa nömrəsinə yollamalıdır.

“Abunəçilərimizin rahatlığının və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə istifadəyə verdiyimiz bu xidmət avtomobil idarə edənlər üçün çox faydalı olacaq. Hər kəsi yol hərəkəti qaydalarına riayət etməyə və yol hərəkətinin bütün iştirakçılarına hörmətlə yanaşmağa çağırırıq”, - deyə “Bakcell”in baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.

Sürət həddini aşmış nəqliyyat vasitəsi barədə məlumat abunəçilərə dərhal, yol hərəkəti qaydalarının digər pozuntuları barədə məlumat isə müvafiq sistemdə qeyd olunandan sonra göndərilir.

Xidmət barədə daha ətraflı məlumatı www.smsradar.az saytından və ya *1771 nömrəsinə zəng etməklə əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.