İQTİSADİYYAT
“Bakcell” geniş çeşidli internet paketləri təklif edir
Bakı, 22 avqust, AZƏRTAC
“Bakcell” şirkəti müxtəlif müştəri qruplarının ehtiyaclarına uyğun olaraq, geniş çeşidli internet paketlərini - gündəlik 25 meqabayt (MB) cəmi 0.10 AZN-dən başlayan, həmçinin müxtəlif trafik həcmli və limitsiz paketlərini təklif edir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, abunəçiləri daha rahat təcrübə ilə təmin etmək məqsədilə “Bakcell” smartfonlar üçün təklif etdiyi internet paketlər çeşidini daha sərfəli edib. Belə ki, şirkət paketlərin qiymətini artırmadan, müştərilərə eyni qiymətə ikiqat həcmə qədər internet təqdim edir. Bundan əlavə, limitsiz paketlərin yenilənməsi zamanı nəinki təqdim olunan MB kvotası, hətta müştəri təcrübəsi səviyyəsi belə mühüm dərəcədə artırılıb. Adətən, limitsiz internet paketlərinin təyin edilmiş meqabayt kvotası başa çatanda internet sürəti da aşağı düşür. İndi isə limitsiz internet paketlərinin təyin edilmiş MB kvotası başa çatdıqda “Bakcell”in avtomatik “Yüksək sürət” xidməti sayəsində abunəçilər hər 100 MB üçün sadəcə 0.89 AZN ödəməklə aylıq limitsiz paketin növbəti yenilənməsinə qədər internetdən yüksək sürətlə istifadə etmək imkanına malikdirlər.