İQTİSADİYYAT
“Bakcell” iPhone istifadəçiləri üçün pulsuz “Instagram” xidmətini istifadəyə verib
Bakı, 16 may, AZƏRTAC
“Bakcell” şirkəti iPhone istifadəçiləri üçün pulsuz “Instagram” xidmətini istifadəyə verib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, iPhone mobil telefonlarına sahib olan bütün “Bakcell” abunəçiləri sərfəli iPhone paketləri daxilində “Instagram” xidmətindən pulsuz istifadə etmək imkanı qazanacaqlar. Yeni iPhone paketləri əsas internet paketindən və abunəçilərin öz iPhone mobil telefonlarında istifadə edə biləcəyi xüsusi bonusdan – “Instagram”dan istifadə etmək üçün əsas internet paketinin həcminə bərabər olan həcmdə pulsuz trafikdən ibarətdir.
“Bakcell” şəbəkəsində iPhone istifadəçilərinin sayı çoxdur və onların əksəriyyəti fəal “Instagram”dan yararlanırlar. Biz çalışırıq ki, abunəçilərimiz yaşadıqları xoş anları öz yaxınları, dostları və ailələri ilə daha çox paylaşmaq imkanına malik olsunlar. İndi hər bir iPhone istifadəçisi təqdim edilən bu internet paketlərindən özünə ən çox uyğun olanını seçə biləcək. Aylıq istifadə həcmindən asılı olaraq, siz təkliflərdən birini seçə və ona uyğun internet paketində “Instagram”dan pulsuz faydalana bilərsiniz”, - deyə “Bakcell” şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.
iPhone istifadəçilərinin yararlana biləcəyi yeni paketlər, üstünlükləri və aktivləşdirmə kodları ilə www.bakcell.com saytında tanış olmaq olar.