İQTİSADİYYAT


“Bakcell” nömrələrinin balansını Rusiyada artırmaq mümkündür

Bakı, 17 oktyabr, AZƏRTAC

“Bakcell” şirkəti yeni beynəlxalq balansartırma xidmətini istifadəyə verib. Bu xidmət Rusiya Federasiyasının ərazisindən “Bakcell” nömrəsinin balansını asanlıqla artırmağa imkan verir.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, ödənişləri həyata keçirmək üçün Rusiyanın istənilən mobil operatorunun elektron pul kisəsi xidmətini istifadə edən abunəçilər sadəcə http://payfon24.ru/shop/401032 keçidinə daxil olub, açılan səhifədə göstərilən sadə təlimatları yerinə yetirməlidirlər. “Bakcell” nömrəsinin balansına yüklənən vəsait Rusiya Federasiyasının Mərkəzi Bankının valyuta mübadiləsi məzənnəsinə uyğun olaraq, rublun AZN-ə konvertasiyası yolu ilə həyata keçiriləcək.

Qeyd edək ki, layihənin məqsədi “Bakcell” xidmətlərini Azərbaycan vətəndaşlarının tez-tez səfər etdiyi ölkələrdə, xüsusilə azərbaycanlı icmaların (diasporların) yaşadığı ölkələrdə daha əlçatan etməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.