İQTİSADİYYAT
“Bakcell” şirkəti “Ulduzum” mobil applikasiyasını təqdim edib
Bakı, 29 may, AZƏRTAC
“Bakcell” şirkəti “Ulduzum” proqramının üzvləri üçün xüsusi mobil applikasiya təqdim edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu ödənişsiz proqram sayəsində abunəçilər120-dən çox “Ulduzum”
partnyoru tərəfindən təqdim olunan müxtəlif endirim və güzəştlərdən daha asan yolla faydalana biləcəklər. Abunəçilər mobil applikasiyanı telefona yüklədikdən sonra yeniliklər barədə ətraflı məlumat alacaqlar. “Android” əməliyyat sistemli mobil cihazlara “Ulduzum” aplikasiyasını https://goo.gl/pOci5l , IOS əməliyyat sistemli cihazlara https://goo.gl/KZKuta linkindən yükləmək olar.
“Ulduzum” proqramının tərəfdaşları siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, elektrotexnika mağazaları və bir sıra xidmət məntəqələri var.