CƏMİYYƏT


“Bakcell” xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyini davam etdirir

Bakı, 16 may, AZƏRTAC

“Bakcell” şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyini davam etdirir.

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkəti Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi “İncəsənət vasitəsilə ünsiyyət” layihəsinə başlayıb. Bu il layihə müddətində 114-dən çox uşaq dərnəklərdə yeni bacarıqlar qazanacaq, bu bacarıqlarını müxtəlif tədbirlərdə nümayiş etdirməklə həm özləri sevinəcək, həm də izləyənlərini sevindirəcəklər.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatında xoş və yaddaqalan dəyişikliklər yaradan bu layihə çərçivəsində ”UAFA”nın Gəncə, Xaçmaz, Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində indiyədək yüzlərlə uşaq yeni bacarıqlara yiyələnib, bir çox respublika və beynəlxalq səviyyəli yarışlarda qalib olublar.

Hər dəfə övladlarının dərnəklərdə qazandığı bacarıq və nailiyyətləri görən valideynlərin isə sevinci hədsizdir. “Mən övladımın yeni nailiyyətlərinin, həyatının müsbətə doğru dəyişdiyinin şahidi olduqca çox sevinirəm. Artıq o cəmiyyətin fəal üzvünə çevrilib”,- deyə valideynlərdən biri söyləyib.

“Sosial məsuliyyətli mobil operator olaraq uşaqlara dəstək olmağımıza imkan yaratdıqları üçün ilk növbədə onların valideynlərinə təşəkkürümüzü bildirir, onların etibarını doğrultmaq üçün daim əlimizdən gələni etməyi özümüzə borc bilirik. UAFA-nın təşkilatçılığı ilə dəstəklədiyimiz bu layihə sayəsində uşaqlar üçün əlavə imkanlar yaradılır və onlar gələcəyə doğru daha inamla irəliləyir, özlərini cəmiyyətin ayrılmaz hissəsi kimi hiss edirlər. Ümidvarıq ki, layihə ötən illərdə olduğu kimi bu il də çox uğurlu olacaq”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Bekers bildirib.

UAFA təşkilatının direktoru Qven Börçell Bakcell–UAFA əməkdaşlığı nəticəsində bu uşaqların dayanıqlı xidmətlərlə təmin olunduqlarını və artıq öz uğurları ilə milli səviyyədə diqqət qazandıqlarını bildirərək deyib: “Məqsədimiz əlilliyi olan gənc insanların aktivliyini təmin etmək, onlar üçün bərabər hüquq və imkanlar yaradılmasına dəstək verməkdir. Birgə layihəmiz cəmiyyətə xüsusi qayğıya ehtiyacı olan uşaqları daha yaxından tanıma və onları anlama imkanı yaradır”.

Qeyd edək ki, mərkəzlərdə təklif olunan dərnəklər hər dəfə uşaqların istək və maraqları əsasında seçilir. Bura dram, rəqs, rəsm, yaradıcılıq dərnəkləri daxildir. Əlamətdar günlərdə, müxtəlif tədbirlərdə çıxış etmək üçün hətta dövlət qurumlarından dəvət alan xüsusi qayğıya ehtiyacı olan dərnək üzvləri öz bacarıqlarını həvəslə göstərir və həmişə alqışlarla qarşılanırlar. Bu dərnəklər əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyasını təmin etməklə yanaşı cəmiyyətdə əlilliyə münasibəti də dəyişir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.