İQTİSADİYYAT


“Bakcell”dən yeni “Klass M” tarifi: Həftədə cəmi 2 AZN

A+ A

Bakı, 25 iyul, AZƏRTAC

“Bakcell” şirkəti yeni həftəlik “Klass M” tarif paketini təqdim edir.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Klass M” tarifi abunəçilərə hər həftə 2 manat ödəməklə ölkədaxili 50 dəqiqə danışıq, 100 MB həcmində internetdən istifadə və “WhatsApp”dan pulsuz yararlanmaq imkanı qazandırır. Bu tarif paketinə qoşulmaq üçün *202#YES yığmaq kifayətdir.

“Klass” tarifinə qoşulan “Bakcell” abunəçiləri bir çox unikal imkanlar əldə edirlər. Abunəçilərin müxtəlif mobil xidmətlərə olan ehtiyacı müxtəlifdir. Biz onların mobil data, səs və SMS xidmətinə olan tələbatını nəzərə alaraq fərqli abunəçi qrupları üçün fərqli “Klass” paketləri təqdim edirik”, - deyə “Bakcell”in baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.

O qeyd edib ki, bu, müxtəlif “Klass” tarif paketlərinin istifadəçiləri üçün yaradılan ilk imkan deyil. Hazırda bütün “Klass” abunəçiləri səs və mobil data xidmətlərindən istifadə edərkən vəsaitlərinə qənaət edə və istədikləri qədər ünsiyyət qura bilirlər. Bununla yanaşı, “Klass” abunəçilərı hazırda “Whatsapp” mobil tətbiqindən pulsuz istifadə edirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.