İQTİSADİYYAT
“Bakcell”in yeni müştəri xidmətləri mərkəzində abonentlər mükafatlandırılıb
Azərbaycanın mobil operatoru “Bakcell” şirkətinin bir müddət əvvəl istifadəyə verilən yeni müştəri xidmətləri mərkəzinə müraciət edən bəzi abonentlər xoş sürprizlə qarşılaşıblar.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, Ü.Hacıbəyov 48 ünvanında, “Sahil bağı”nın yanında yerləşən yeni ofisinin açılış mərasimində elan olunduğu kimi, tədbirdən sonrakı 7 gün ərzində mərkəzə gələn hər yüzüncü müştəriyə “Bakcell”in yeni “Alov” smartfonu hədiyyə olunub. Kampaniya çərçivəsində 18 “Bakcell” istifadəçisi hədiyyə qazanıb.
“Android” əməliyyat sistemində olan bu smartfon 3G interneti, çoxfunksiyalı kamera, yüksək ötürücülük tələb edən oyunlar üçün keyfiyyətli prosessor, ofis əlavələri, böyük ölçülü ekran və s. funksiyalara malikdir.
Abonentlərə göstərilən xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün “Bakcell” həm Bakı şəhərində, həm də bütün ölkə ərazisində xidmət şəbəkəsini genişləndirir.