DÜNYA


“Baker Hughes”: ABŞ-dakı aktiv neft-qaz quyuları 588-ə çatıb

A+ A

Bakı, 21 noyabr, Nihad Budaqov, AZƏRTAC

ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı ötən hesabat həftəsində 20 ədəd artaraq 588-ə çatıb.

AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ABŞ-da aktiv neft quyularının sayı 19 ədəd artaraq 471, qaz quyularının sayı 1 ədəd artaraq 116, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 1 ədəd olub.

Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 93 ədəd, qaz quyularının sayı 77, ümumilikdə isə neft-qaz quyularının sayı 169 ədəd azalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.