DÜNYA


“Baker Hughes”: ABŞ-dakı aktiv neft-qaz quyularının sayı 539-a çatıb

A+ A

Bakı, 17 oktyabr, Nihad Budaqov, AZƏRTAC

ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı 15 ədəd artaraq 539-a çatıb.

AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-da aktiv neft quyularının sayı 4 ədəd artaraq 432, qaz quyularının sayı 11 ədəd artaraq 105, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 2 ədəd olub.

Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 163 ədəd, qaz quyularının sayı 87, ümumilikdə isə neft-qaz quyularının sayı 248 ədəd azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.