DÜNYA


“Baker Hughes”: ABŞ-dakı aktiv neft-qaz quyularının sayı 553-ə çatıb

A+ A

Bakı, 22 oktyabr, Nihad Budaqov, AZƏRTAC

ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı ötən hesabat həftəsində 14 ədəd artaraq 553-ə çatıb.

AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ABŞ-da aktiv neft quyularının sayı 11 ədəd artaraq 443, qaz quyularının sayı 3 ədəd artaraq 108, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 2 ədəd olub.

Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 151 ədəd, qaz quyularının sayı 87, ümumilikdə isə neft-qaz quyularının sayı 248 ədəd azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.