DÜNYA


“Baker Hughes”: ABŞ-dakı aktiv neft-qaz quyularının sayı artıb

A+ A

Bakı, 31 oktyabr, Nihad Budaqov, AZƏRTAC

ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı ötən hesabat həftəsində 4 ədəd artaraq 557-ə çatıb.

AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ABŞ-da aktiv neft quyularının sayı 2 ədəd azalaraq 441, qaz quyularının sayı 4 ədəd artaraq 114, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 2 ədəd olub. ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ardıcıl 17 həftə artdıqdan sonra son həftədə azalma göstərib.

Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 137 ədəd, qaz quyularının sayı 87, ümumilikdə isə neft-qaz quyularının sayı 218 ədəd azalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.