DÜNYA


“Baker Hughes”: ABŞ-dakı aktiv neft-qaz quyularının sayı kəskin artıb

Bakı, 23 yanvar, Nihad Budaqov, AZƏRTAC

ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı ötən hesabat həftəsində 35 ədəd artaraq 694-ə çatıb.

AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ABŞ-da aktiv neft quyularının sayı 29 ədəd artaraq 551, qaz quyularının sayı 6 ədəd çoxalaraq 142, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək bir ədəd olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 41 ədəd, qaz quyularının sayı 15 ədəd, ümumilikdə neft-qaz quyularının sayı isə 57 ədəd artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.