İDMAN
“Bakı-2015” Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə aparılır
Yazıda qeyd olunur ki, Azərbaycanın paytaxtı Bakı tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi edəcək. Gələn il iyunun 12-dən 28-dək davam edəcək bu möhtəşəm idman tədbirinə hazırlıq işləri sürətlə və yüksək səviyyədə aparılır.
Müəllif yazır: “Avropa Oyunlarına ciddi hazırlaşan Bakıda yeni infrastruktur qurulur. Artıq hazır olan Olimpiya şəhərciyində “Bakı-2015”də iştirak edəcək idmançıların yerləşdirilməsi nəzərdə tutulub. Avropa Oyunlarını işıqlandırmaq üçün Bakıya gələcək xarici media nümayəndələri “Media kəndi”ndə yerləşdiriləcək. Burada media nümayəndələrinə hər cür şərait yaradılacaq”.
Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq olar:
http://www.libertas.sm/mobile/cont/news/san-marino-baku-2015-sulla-rampa-di-lancio-gli-european-games/97860/1.html
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
San Marino