ELM VƏ TƏHSİL
“Bakı-2015” birinci Avropa Oyunlarına könüllü kimi dəstək vermək şərəflidir
Bakı, 30 may, İbrahim Əsədov, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi hər birimizdə sonsuz qürur hissi doğurur. Bu möhtəşəm tədbirə könüllü kimi dəstək vermək mənim üçün də çox şərəflidir.
Bu sözləri Bakı Dövlət Universitetinin (BDU) coğrafiya fakültəsinin tələbəsi, Avropa Oyunlarında könüllü kimi iştirak edəcək Eltac Cəbiyev AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib.
E.Cəbiyev qeyd edib ki, BDU-da “Bakı-2015” birinci Avropa Oyunlarına sən də qoşul!” devizi altında təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Bu kampaniyaya universitetin üç min tələbəsi qoşulub.
Avropa Oyunlarının əhəmiyyətini vurğulayan BDU-nun tələbəsi deyib ki, möhtəşəm tədbirlə əlaqədar dünyanın 50-dən çox ölkəsindən doğma Azərbaycana gələcək minlərlə qonaq respublikamızın necə sürətlə inkişaf etdiyini görəcəkdir. Biz tələbələr də Azərbaycan həqiqətlərini onlara çatdırmağa çalışacağıq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]