İDMAN
“Bakı-2015” ilk Avropa Oyunlarının qılıncoynatma yarışlarında 11 Ukrayna idmançısı mübarizə aparacaq VİDEO
Bakı, 10 aprel, Səxavət Quliyev, Xalid Məmmədov, AZƏRTAC
Qılıncoynatma üzrə Ukrayna millisi ilk Avropa Oyunları üçün xüsusi formalar sifariş edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri ukraynalı dünya və Olimpiya çempionu Olqa Xarlan Bakıda yerli idmançılarla görüşü zamanı jurnalistlərə müsahibəsində deyib.
O.Xarlan qeyd edib ki, Ukraynadan “Bakı-2015”də nə qədər idmançının iştirak edəcəyi barədə məlumatım yoxdur. Amma təqribən Olimpiya Oyunlarında iştirak etmiş idmançıların sayı qədər olacaq. “London-2012” Olimpiya Oyunlarında Ukraynadan 250 idmançı birincilik uğrunda mübarizə aparmışdı. Ölkəmizdən ilk Avropa Oyunlarına qılıncoynatma idman növü üzrə 11 nəfər idmançı gələcək. Bu da sözügedən idman növü üzrə Olimpiya Oyunlarına gedən heyətdən çoxdur. Avropa Oyunlarından sonra dünya çempionatında iştirak edəcəyik. İlk Avropa Oyunlarında yaxşı nəticələr qazanmaq istəyirik.