Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“Bakı-2015” ilk Avropa Oyunlarının tanıtım kampaniyası çərçivəsində növbəti görüş Şərurda

Şərur, 27 yanvar, Rauf Əliyev, AZƏRTAC

Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının tanıtım kampaniyası çərçivəsində yeniyetmə və gənclərlə növbəti görüş yanvarın 27-də Naxçıvan Muxtar Respublikasının Şərur şəhərindəki mədəniyyət evində olub.

AZƏRTAC xəbər verir ki, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə keçirilən görüşdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Görüşdə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndəsi Lalə Eyvazova bildirib ki, iyunun 12-dən 28-dək davam edəcək ilk Avropa Oyunları bütün dünyanın diqqət mərkəzində olacaq. Ümumilikdə, 20 idman növünü əhatə edəcək bu mötəbər oyunların proqramına daxil olan yarışların 16-sı Olimpiya, dördü isə qeyri-Olimpiya idman növü üzrə keçiriləcəkdir. Avropa Oyunlarında qitənin müxtəlif ölkələrindən 6 mindən çox idmançı 17 yarış günü müddətində birincilik uğrunda mübarizə aparacaqdır.

Vurğulanıb ki, bu gün müstəqil Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi də Azərbaycanın beynəlxalq miqyasda qazandığı nüfuz ilə birbaşa bağlıdır. Son illərdə sürətlə inkişaf edən Azərbaycan, həm də idman sahəsində çox böyük uğurlara imza atıb. Müstəqilliyinin bərpasından keçən 23 il ərzində 200-dən artıq atletlə Yay və Qış Olimpiya Oyunlarında təmsil olunan ölkəmiz bu günədək beynəlxalq arenalarda 2000-ə qədər medal qazanıb.

Lalə Eyvazova görüş iştirakçılarının diqqətinə çatdırıb ki, ölkəmiz beynəlxalq idman yarışlarının keçirilməsində də böyük təcrübəyə malikdir. Təsadüfi deyildir ki, 2002-ci ildən indiyədək 36 nüfuzlu beynəlxalq yarışa ev sahibliyi edən Azərbaycanda sonuncu belə mötəbər turnir 2014-cü ildə keçirilən bədii gimnastika üzrə Avropa çempionatı olub.

Sonra şərurlu idmançılar səhnəyə dəvət ediliblər. Onlardan kinqboksinq idman növü üzrə dünya çempionu Nail Hüseynov əldə etdiyi nailiyyətlərdən danışıb. Bildirib ki, 2014-cü ildə Ukraynanın Xarkov şəhərində keçirilən kinqboksinq üzrə dünya çempionatında Azərbaycanı təmsil etmişəm və inamla döyüşərək uğur qazanmışam.

Görüşdə birinci Avropa Oyunlarına həsr edilmiş videoçarx nümayiş etdirilib.

“Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin üzvləri tərəfindən şərurlu yeniyetmə və gənclərə üzərində birinci Avropa Oyunlarının loqo və simvolları əks olunan çanta və papaqlar hədiyyə edilib.

Yanvarın 27-də analoji tədbir Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində də keçirilib.

Görüşdə birinci Avropa Oyunlarında iştirak edəcək boksçumuz Tayfur Əliyev (56 kq) səhnəyə dəvət edilib.

Bildirilib ki, ilk dəfə böyüklər arasında yarışda iştirak edən Naxçıvan Dövlət Universitetinin tələbəsi Tayfur Əliyev haqlı olaraq Azərbaycan çempionatının tapıntısı kimi qiymətləndirilir. 17 yaşlı boksçu 4 döyüşü tam üstünlüklə başa vurub, yarışlardan birini isə rəqibini nokauta salmaqla bitirib. Tələbə boksçu finalda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin idman klubunun boksçusu, uzun illər seçmə komandamızın kapitanı olmuş Rəhim Nəcəfovu məğlub edib.

Tayfur Əliyev çempionatda ən yüksək texnikalı boksçu üçün təsis olunmuş “Qızıl əlcək” mükafatının da sahibi olub. Fərəhləndirici haldır ki, çempion tələbə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak etmək hüququ qazanıb.

Görüşdə tələbə idmançının burada da Vətənimizi, təhsil aldığı universiteti layiqincə təmsil edəcəyinə inam ifadə olunub.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin üzvləri həftə ərzində muxtar respublikanın şəhər və rayonlarında tanıtım kampaniyasını davam etdirəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomik festival açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib