İDMAN
“Bakı-2015”-in atıcılıq yarışlarında mübarizə aparacaq İspaniya millisində dünya və Avropa çempionları yer alıb
Bakı, 30 may, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunlarının atıcılıq yarışlarında İspaniyanı təmsil edəcək idmançıların adları açıqlanıb.
AZƏRTAC “Bakı-2015”-ə istinadla xəbər verir ki, İspaniyanı atıcılıq yarışlarında Xuan Xose Aramburu, Alberto Fernandes, Xesus Serrano, Eva Maria Klemente, Fatima Qalvez, Pablo Abensaid Karrera, Xorge Diaz, Xorge Leon Lyames, Xavier Lopez, Xavier Sançez, Sonia Franqet, Maria de las Mersedes Soto təmsil edəcəklər.
İspaniya millisinin heyətində güclü idmançılar da yer alıblar. Belə ki, Xuan Xose Aramburu 2011-ci ildə stend atıcılığı üzrə dünya çempionu olub. Alberto Fernandes isə 2010-cu ildə səngər stendi üzrə dünya çempionatında birinci yeri tutub. Fatima Qalves də 2011-ci ildə səngər atıcılığı üzrə Avropa çempionatının qızıl medalını qazanıb.