İDMAN
“Bakı-2015”in idman elçisi: Hobbim kitab oxumaq və musiqi dinləməkdir
Bakı, 25 may, AZƏRTAC
Birinci Avropa Oyunları üçün həyəcandan daha çox məsuliyyət hiss edirəm.
AZƏRTAC “Bakı-2015”ə istinadla xəbər verir ki, bu sözləri birinci Avropa Oyunlarının idman elçisi, voleybolçu Ceyran Əliyeva deyib.
İndiyədək ən uğurlu yarışının dünya kuboku turniri olduğunu vurğulayan voleybolçu bildirib ki, belə irimiqyaslı oyunlarda iştirak hamıya nəsib olmur. Voleybolda zərbələrin qarşısını alarkən yıxılmaq idmanın bu növünün ən böyük çətinliklərindəndir.
“Voleyboldan başqa hansı yarışda gücünü sınamaq istərdin?” sualına Ceyran Əliyeva belə cavab verib: “Futbol yarışında mübarizə aparmaq istərdim. Çünki idmanın bu növü mənə çox maraqlı gəlir”.
Kitab oxumaq və musiqi dinləməyin hobbisi olduğunu bildirən voleybolçu “Təqsirkar ulduzlardır”, “Qarışmışlar” və “Başqa qadın” filmlərinə baxmaqdan zövq aldığını diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.02.2016 [16:52]
“İnter” klubu UEFA-nın cəriməsini ödəyib
- 05.01.2016 [12:35]