İDMAN


“Bakı-2017”: Əlcəzair voleybolçuları Qətərə, İran millisi Səudiyyə Ərəbistanı yığmasına qalib gəliblər

Bakı, 12 may, P.Rəhimova, A.İsmayılova, AZƏRTAC

Mayın 12-də IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışları çərçivəsində kişi komandaların mübarizəsində Qətər-Əlcəzair və İran-Səudiyyə Ərəbistanı oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, ilk oyunda Əlcəzair komandası sevinən tərəf olub. Gərgin idman mübarizəsi şəraitində keçən ilk setdə əlcəzairli voleybolçular 37:35 hesabı ilə qalib gəliblər. İkinci setdə əlcəzairlilər daha böyük fərqlə üstün olublar - 25:14. Qətər yığması üçüncü setdə dönüş yaratmağa çalışsalar da (17:25), dördüncü setdə əlcəzairlilər rəqibə şans verməyiblər - 25:21.

Beləliklə, görüş Əlcəzair millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün ikinci qarşılaşmasında İran millisi Səudiyyə Ərəbistanı komandasına 3:0 (25:18, 25:23 və 25:18) hesabı ilə qalib gəlib.

Mayın 13-də “A” qrupunda kişilər arasında Türkmənistan-Fələstin, Azərbaycan-Türkiyə, qadınların yarışında isə Azərbaycan-Tacikistan oyunları keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.