İDMAN


“Bakı-2017” Əməliyyat Komitəsi “Fresco” super marketlər şəbəkəsi ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Bakı, 9 fevral, AZƏRTAC 

Fevralın 9-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi ilə “Azeri Retail” MMC-yə məxsus “Fresco” supermarketlər şəbəkəsi arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalanıb.

AZƏRTAC xəbər verir ki, müqaviləyə əsasən, “Fresco” IV İslam Həmrəyliyi Oyunlarının əsas lisenziya sahibi və rəsmi pərakəndə satış operatoru olacaq. Açılış mərasiminə yaxın müddətdə əhali IV İslam Həmrəyliyi Oyunlarına məxsus müxtəlif çeşidli məhsulları “Fresco” supermarketlər şəbəkəsinin şəhərimizin bir sıra nöqtələrində fəaliyyət göstərən mağazalarından əldə edə biləcəklər. Atletlər Kəndində də idmançılar və rəsmilər üçün “Fresco”nun universal mağazası fəaliyyət göstərəcək.

Müqaviləyə əsasən, “Fresco” “Bakı-2017”nin markaları, loqoları və dizaynlarından məxsusi istifadə hüququ əldə edir. “Fresco”, həmçinin “Bakı-2017” talisman proqramının da rəsmi dəstəkçisi olacaq.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Mayk Loynd rəsmi tərəfdaşlığın önəmindən danışaraq bildirib ki, bu cür mötəbər tədbirlərin önəmi haqqında məlumatların ictimaiyyətə çatdırılmasında, əhalinin Oyunlar barədə məlumatlandırılmasında pərakəndə satış mərkəzlərinin böyük rolu var. Əminəm ki, Azərbaycanda müştərilərin etibarını qazanan “Fresco” supermarketlər şəbəkəsi “Bakı-2017”nin brendlərini ictimaiyyətə yüksək səviyyədə təqdim etməkdə güclü tərəfdaş olacaq”.

“Azeri Retail” MMC-nin baş direktoru Kamran Əyyubov “Fresco” ailəsinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi dəstəkçisi olduğu üçün qürur hissi duyduğunu bildirərək deyib: “Oyunların uğurla təşkilində bizim də payımızın olması çox sevindiricidir. Gündə orta hesabla 25 min alıcıya xidmət göstərmək imkanına malik olan 650 nəfərdən artıq peşəkar heyətimiz var. Əminəm ki, şirkətimizin hər bir üzvü üzərimizə düşən məsuliyyətin öhdəsindən peşəkarlıqla gələcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.