İDMAN


“Bakı-2017”: Atıcılıq yarışlarının dördüncü günündə 6 idmançımız mübarizə aparacaq

Bakı, 16 may, Məhərrəm Əlioğlu, AZƏRTAC

Mayın 16-da Bakı Atıcılıq Mərkəzində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarının dördüncü gününün yarışları başlayıb.

AZƏRTAC xəbər verir ki, yarışların dördüncü günündə kişilərin dairəvi stend yarışının finalı, kişilərin 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəş, kişi və qadınların 10 metrdən pnevmatik tapança ilə atəş yarışları keçiriləcək.

Bugünkü yarışlarda Azərbaycanın 6 idmançısı mübarizə aparacaq.

Kişilərin 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəşaçma yarışında ölkəmizi Əli Məcidli, qadınların 10 metrdən pnevmatik tapança ilə atəşaçma yarışında isə Nəzrin Abbaslı, Nigar Nəsirova və Zərifə Qasımova təmsil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.