İDMAN
“Bakı-2017”: Atletika yarışlarının dördüncü günündə idmançılarımız finalda yarışırlar
Bakı, 19 may, AZƏRTAC
Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, günün ikinci yarısına kişilər arasında 400 metr məsafəyə sədlərlə qaçış yarışı ilə start verilib. Hazırda kişilər arasında nizəatma yarışının finalı başlayıb. Bu yarışda ölkəmizi Orxan Qasımov təmsil edir.
Daha sonra kişilər arasında hündürlüyə tullanma, uzunluğa tullanma, qadınlar arasında 1500 metr məsafəyə qaçış yarışlarının finalı keçiriləcək. Azərbaycanı hündürlüyə tullanmada Azər Əhmədov, uzunluğa tullanmada Orxan Aslanov və Nazim Babayev, 1500 metr məsafəyə qaçışda isə Anastasiya Komarova təmsil edir.
Paraatletikada isə kişilər arasında (T11, T12, T13) 4x100 metr məsafəyə estafet qaçışında ölkəmizi Zeynal Miskarli, Elmir Cəbrayılov, Nurlan İbrahimov, Teymur Qasımov, Elçin Muradov təmsil edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]