İDMAN


“Bakı-2017”: Atletika yarışlarının ilk günündə idmançılarımızdan 4 qızıl, bir bürünc medal

Bakı, 16 may, AZƏRTAC

Mayın 16-da Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışlarına start verilib.

AZƏRTAC xəbər verir ki, yarışların birinci günündə ilk medalı paralimpiyaçımız Samir Nəbiyev qazanıb. F57 kateqoriyasında kürəitələmə yarışlarının finalında Samir Nəbiyev bütün rəqiblərini üstələyərək çempionluğunu rəsmiləşdirib. İran təmsilçiləri Cavid Şakib Ehsani gümüş, Cavad Dalakeh bürünc medallara sahib olublar.

Ölkəmizə daha bir qızıl medalı Hanna Skidan qazandırıb. O, qadınlar arasında çəkicatma yarışının qalibi olub. Yarışda gümüş medalı Türkiyə təmsilçisi Kaya Kıvılcım Salman, bürüncü isə mərakeşli Souakina Zakkour aktivinə yazdırıb.

Atletika yarışlarında növbəti medal paralimpiyaçımız Oloxan Musayevdən gəlib. Kişilər arasında kürəitələmə yarışında (F56 kateqoriyası) atletimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş və bürünc medallara isə İran təmsilçiləri Alireza Nasseri Qale və Əli Muhammedyari sahib olublar.

Növbəti qızıl medalı yığmamıza Yelena Çebanu qazandırıb. O, paraatletika yarışlarında qadınlar arasında 100 metr məsafəyə qaçışda rəqiblərini qabaqlayaraq finiş xəttini birinci keçib. Yarışda gümüş medalı indoneziyalı Endahg Sitorus, bürünc medalı isə mərakeşli Məryəm En-Nuri qazanıb.

Qadınlar arasında üçtəkanla tullanma yarışında Yekaterina Sarıyeva bürünc medal qazanıb. Seneqalı təmsil edən Sanqone Kanci qızıl, kamerunlu Joelle Nkouincin Mbumi isə gümüş medala layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.