İDMAN


“Bakı-2017”: Azərbaycan idmançısı suyatullanma yarışlarında gümüş medala sahib olub

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında 10 metr hündürlükdən suyatullanma yarışında Azərbaycan idmançısı Artyom Danilov 308,70 xal toplayaraq gümüş medala sahib olub.

AZƏRTAC xəbər verir ki, yarışda fəxri kürsünün ən yüksək pilləsinə türkiyəli Kıvanc Gur qalxıb. O, final mərhələsində 320,95 xal toplayaraq qızıl medal qazanıb.

Fəxri kürsünün üçüncü pilləsində 303, 65 xalla iranlı Şahnam Nazarpour qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.