İDMAN


“Bakı-2017”: Azərbaycan karateçilərindən üçü qızıl, ikisi isə bürünc medal uğrunda yarışacaq

Bakı, 13 may, Nihad Budaqov, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarının Bakı İdman Sarayında keçirilən karate üzrə kumite yarışında Azərbaycan idmançılarından üçü qızıl, ikisi isə bürünc medal uğrunda yarışacaq.

AZƏRTAC xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində qadınların yarışının finalında Azərbaycan idmançısı İlahə Qasımova Misir təmsilçisi Yasmin Attiya ilə qarşılaşacaq.

Digər finalçımız Fəridə Abıyeva (61 kq) qızıl medal uğrunda iranlı Rozita Əlipurkaşkalesad ilə yarışacaq.

İdmançımız Nuranə Əliyeva (50 kq) isə bürünc medal uğrunda görüşdə indoneziyalı Srunita Sukatendelə qalib gəlməyə çalışacaq.

Qadınların 50 kiloqram çəki dərəcəsi üzrə yarışının finalında Türkiyə idmançısı Serap Özçelik iranlı Nasrin Dust ilə görüşəcək.

Kişilərin yarışında 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəfael Ağayev finalda Pakistan təmsilçisi Qulam Abbas ilə qarşılaşacaq.

Digər idmançımız Firdovsi Fərzəliyev (60 kq) isə bürünc medal uğrunda görüşdə indoneziyalı Suryadi Suryadi ilə üz-üzə gələcək. Bu çəki dərəcəsinin finalında özbəkistanlı Səriddin Saymatov Türkiyə idmançısı Aykut Kaya ilə görüşəcək.

Nəhayət, 67 kiloqram çəki dərəcəsinin finalında isə əlcəzairli Əbdulatif Benxaled iordaniyalı Bəşər Əlnəjar ilə qızıl medal uğrunda mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.