İDMAN


“Bakı-2017”: Azərbaycan kişi voleybolçuları Türkiyə komandasına qalib gəlib

Bakı, 13 may, P.Rəhimova, A.İsmayılova, AZƏRTAC

Mayın 13-də “Baku Crystal Hall”da IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışında üçüncü günün sonuncu oyununda Azərbaycanın və Türkiyənin kişi atletləri qarşılaşıblar.

AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən oyunda komandalar qələbə qazanmaq üçün inadlı müqavimət göstəriblər. Milli komandamız ilk seti 28:26 hesabla qələbə qazansa da, ikinci set türkiyəli voleybolçuların xeyrinə başa çatıb - 25:13. Voleybolçularımız üçüncü setdə sahib olduqları üstünlüyü yekunda qələbə çevirə biliblər - 25:17. Lakin dördüncü seti Türkiyə millisi öz xeyrinə başa vurmağı bacarıb - 19:25. Millimiz gərgin keçən beşinci setdə rəqibin inadlı müqavimətinə baxmayaraq qələbə qazanaraq (18:16) oyunun taleyini həll edib – 3:2.

Mayın 14-də günün birinci görüş Mərakeşin və Əlcəzairin kişi komandaları arasında keçiriləcək. Axşam saat 19.00-da isə Azərbaycanın qadınlardan ibarət komandası Türkiyə voleybolçuları ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.