İDMAN
“Bakı-2017”: Azərbaycan milli komandasının bağlanış mərasimindəki bayraqdarı müəyyənləşib
Bakı, 20 may, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycan milli komandasının bayraqdarı cüdoçu Elxan Məmmədov olacaq.
Bu barədə AZƏRTAC-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.
Dünya və Avropa çempionu Elxan Məmmədov “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında ölkəmizin aktivinə 20-ci qızıl medalı yazdırıb. O, həmçinin “Bakı-2017”də kişilər arasında cüdo üzrə komanda yarışında Azərbaycan millisinin heyətində İslamiadanın çempionu olub.
Elxan Məmmədov Azərbaycanı digər beynəlxalq yarışlarda da layiqincə təmsil edib.
Xatırladaq ki, İslamiadanın açılış mərasimində yığma komandasının bayraqdarı karate üzrə beşqat dünya, onqat Avropa, IV İslam Həmrəyliyi Oyunlarının ikiqat çempionu Rəfael Ağayev olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [15:19]
Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər
- 20.04.2024 [14:45]
Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
- 20.04.2024 [14:07]
Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb
- 20.04.2024 [12:39]
Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub
- 20.04.2024 [11:58]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib
- 20.04.2024 [11:33]