İDMAN
“Bakı-2017”: Azərbaycan millisi Mərakeş, Kamerun yığması isə Səudiyyə Ərəbistanı ilə qarşılaşır
Bakı, 15 may, Toğrul Nuruşzadə, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarının qrup mərhələsinin sonuncu oyunları keçirilir.
AZƏRTAC xəbər verir ki, “A” qrupu çərçivəsində iki görüş oynanılır.
“Bayıl Arena”da Azərbaycan millisi Mərakeş yığması ilə qarşılaşır.
Millimizin start heyətində Şaxrudin Maqomedaliyev, Sadiq Quliyev, Rəşad Sadiqov, Coşğun Diniyev, Elşən Abdullayev, Ağabala Ramazanov, Mahir Mədətov, Ruslan Abışov, Məqsəd İsayev, Azər Salahlı və Vüqar Mustafayev yer alıblar.
Mərakeş yığmasının ilk onbirliyində meydana El Huasli Yassine, Moufi Fahd, Dari Axraf, Alayud Zakira, Sabar Valid, Kamal Mohamed, Kamal Mohamed, El Hossuni Aymane, Mahyu Yassine, Attiyat -Allay Yahya, El Maftoul Çouaib və El Moutaraji Zouheir çıxıblar.
Görüşü gürcüstanlı hakimlər briqadası idarə edir.
“AZAL Arena”da təşkil olunan digər oyunda isə Kamerun və Səudiyyə Ərəbistanı yığmaları üz-üzə gəlir.
Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi Yousef Anbar start heyətdə Abdullah Əlfahad, Abdullah Əlmaliki, Abdullah Əlmeqbas, Mohammed Kanno, Mohammed Əlkuvaykibi, Mohammed Əlbaqavi, Motaz Əltambakti, Hassan Əlamri, Fahad Zahim, Marvan Əlhaidari və Ali Jajamiyə şans verib.
Kamerun yığmasını start heyəti belədir - Mouegni Bagnak, Etta Tomas Bavak, Pierre Kunde Malonq, Frantz Pangop Tçidjui, Andoulo Serge, Jin Nikols Koa Abanda, Olivier Mbaissidara Mbaizo, Simon Loti Omossolo Medjo, Erik Bertrand Alima Atanqana, Denis İvan Nkolo Ossingane və Serges İvan Ekollo Malolo.
Oyuna azərbaycanlı hakimlər briqadası təyinat alıb.