İDMAN
“Bakı-2017”: Azərbaycanın iki qadın idmançısı stolüstü tennis yarışının yarımfinalında
Bakı, 18 may, B.Vəliyev, X.Nağıyeva, AZƏRTAC
Mayın 18-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə qadınlar arasında fərdi yarışın dörddəbir final mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Kompleksində keçirilən yarışın dörddəbir final mərhələsinin bütün görüşləri eyni hesabla başa çatıb – 4:0.
Yarışda ölkəmizi təmsil edən hər iki idmançı qalib gələrək yarımfinala yüksəlib. Təmsilçimiz Miao Vanq İran idmançısı Məriəm Səmeti, Zinq Ninq isə Fələstin millisinin üzvü Diana Əssini məğlub ediblər. Türkiyə idmançısı Mələk Hu pakistanlı Rəhilə Kaşifi, iranlı Nedə Şahsavari isə türkiyəli Özgə Yılmazı mübarizədən kənarlaşdırıblar.
Yarımfinal görüşləri mayın 19-da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]