İDMAN


“Bakı-2017”: Azərbaycanın qadın həndbolçuları yarımfinala vəsiqə qazanıblar

Bakı, 11 may, AZƏRTAC

Mayın 11-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarının qrup mərhələsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə kişilər arasında "B" qrupu çərçivəsində görüşlər keçirilib. Mərakeş yığması ilə qarşılaşan İraq millisi 25:22 hesabı ilə qalib gələrək adını yarımfinala yazdırıb.

Qrupun digər oyununda isə İordaniya və Türkiyə yığmaları üz-üzə gəliblər. Matçın favoriti olan türkiyəli həndbolçular 26:21 hesabı ilə rəqiblərini məğlub edərək yarımfinala yüksəliblər.

Kişilər arasında “A” qrupunun ilk oyununda Səudiyyə Ərəbistanı Pakistandan üstün olub - 35:26. Ardıcıl üç qələbə qazanan Səudiyyə Ərəbistanı qrup lideri kimi növbəti mərhələyə vəsiqəni təmin edib. Digər oyunda isə Azərbaycan millisini 35:22 hesabı ilə məğlub edən Əlcəzair komandası sonuncu yarımfinalçı olub.

Qadınlar arasında günün ilk matçında Özbəkistan ilə qarşılaşan Kamerun kollektivi rəqibini böyük hesabla məğlub edib - 41:25.

Qrup mərhələsinin mərkəzi oyunu Azərbaycan və Türkiyə milliləri arasında oynanılıb. Matç həndbolçularımızın 27:22 hesablı qələbəsi ilə yekunlaşıb.

Mayın 12-də kişilər arasında təsəlliverici görüşlərdə Pakistan-İordaniya, Azərbaycan-Mərakeş matçları oynanılacaq. Yarımfinal qarşılaşmaları isə mayın 13-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.