İDMAN


“Bakı-2017”: Basketbol 3x3 yarışlarının ikinci günündə 18 oyun keçiriləcək

Bakı, 19 may, AZƏRTAC

Mayın 19-da IV İslam Həmrəyliyi Oyunlarının basketbol 3x3 yarışlarının ikinci gününə start verilib.

AZƏRTAC xəbər verir ki, həm qadınların, həm də kişilərin yarışında on komanda iki qrupda mübarizə aparır.

Qadınların mübarizəsində “A” qrupunda Türkmənistan, Azərbaycan, Əlcəzair, Mali və Əfqanıstan, “B” qrupunda İndoneziya, Türkiyə, Suriya, Fələstin və Pakistan milliləri yarışırlar.

Kişilərin yarışında Türkiyə, Azərbaycan, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistan “A” qrupunda, İndoneziya, Qətər, Kot d`İvuar, Mali, İordaniya yığmaları isə “B” qrupunda yer alıblar.

Qruplarda ilk dörd yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.

Yarışların ikinci günündə 18 oyun keçiriləcək. Qadınların yarışında 8, kişilərin mübarizəsində isə 10 qarşılaşma oynanılacaq.

İlk görüşdə Türkmənistan və Əlcəzair qadın basketbolçuları qarşılaşırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.