İDMAN


“Bakı-2017”: Boksçumuz Rauf Rəhimov döyüş keçirmədən mərhələ adlayıb

Bakı, 17 may, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarında daha bir idmançımız finala vəsiqə qazanıb. Bu, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Rauf Rəhimovdur.

AZƏRTAC xəbər verir ki, 23 yaşlı idmançımız yarımfinal səddini döyüş keçirmədən adlayıb. R.Rəhimov bu mərhələdə Abdelrəhman Abdelqəvvədlə (Misir) qarşılaşmalı olsa da, rəqibi zədə səbəbindən rinqə çıxmayıb və təmsilçimiz texniki qələbə qazanıb.

O, mayın 18-də baş tutacaq həlledici görüşdə türkmənistanlı Arslanbek Açilovla üz-üzə gələcək.

Qeyd edək ki, R.Rəhimov finala yüksələn 5-ci boksçumuz olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.