İDMAN


“Bakı-2017”: Boksçumuz Tamerlan Abdullayev yarımfinal görüşünü qələbə ilə başa vurub

Bakı, 17 may, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığmasının daha bir boksçusu növbəti qələbəsini qazanıb. Oyunlarda 69 kiloqram çəki dərəcəsində rinqə çıxan Tamerlan Abdullayev yarımfinal səddini də uğurla keçib.

AZƏRTAC xəbər verir ki, o, İlya Oçkini (Qazaxıstan) mübarizədən kənarlaşdırıb. Təmsilçimiz 4:0 hesabı ilə qələbə qazanıb.

İyirmi beş yaşlı idmançımız mayın 18-də keçiriləcək həlledici qarşılaşmada özbəkistanlı Bobo-Usman Baturovu sınağa çəkəcək.

Qeyd edək ki, T.Abdullayevdən öncə Cavid Çələbiyev (60 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (91 kq) finala vəsiqə qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.