İDMAN


“Bakı-2017”: Cüdo yarışlarının finalında Azərbaycanın dörd idmançısı çıxış edəcək

Bakı, 14 may, AZƏRTAC

Mayın 14-də Heydər Əliyev adına İdman Sarayında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci günündə Azərbaycanın dörd nümayəndəsi qızıl medal uğrunda yarışacaq.

AZƏRTAC xəbər verir ki, Elxan Məmmədovdan və İrina Kindzerskadan sonra Məmmədəli Mehdiyev ilə Elmar Qasımov da həlledici görüşdə iştirak hüququ qazanıblar.

Yarışda 90 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində Məmmədəli Mehdiyev Oyunlarda ikinci qələbəsini qazanaraq finala yüksəlib. Atletimiz finalda Əlcəzair təmsilçisi Abderrahmane Benemadi ilə üz-üzə gələcək.

Digər cüdoçumuz – “Rio-2016” Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov da ona bəslənilən ümidləri doğruldub. Yarımfinalda əlcəzairli Lyes Buyakubdan aşkar üstün olan cüdoçumuz rəqibini ipponla məğlub edib. Elmar Qasımov finalda ölkəmizin digər təmsilçisi Elxan Məmmədov ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.