İDMAN
“Bakı-2017”: III gün
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də - “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının üçüncü günündə Azərbaycan idmançıları 18 medal qazanıblar. Bu medallardan 9-u qızıl, 6-sı gümüş, 3-ü isə bürüncdür.
AZƏRTAC xəbər verir ki, gün ərzində milli komandamızın aktivinə ən çox medalı idman gimnastlarımız yazdırıblar. Onlar 5 qızıl, 5 gümüş və 2 bürünc medala sahib olublar.
İslamiadanın üçüncü günündə Türkiyə yığma komandası medal siyahısına liderliyi ələ keçirib. Qardaş ölkənin idmançıları gün ərzində 33 medal əldə ediblər. Bu medallardan 15-i qızıl, 7-si gümüş, 11-i bürüncdür. Hazırda Türkiyə yığmasının hesabında 92 medal var.
Azərbaycan millisi 68 medalla (33 qızıl, 23 gümüş və 12 bürünc) ikinci pillədə yer alıb.
İlk beşliyi Özbəkistan (30 medal, 6-6-18), İndoneziya (32 medal, 5-13-14) və İran (24 medal, 5-8-11) tamamlayır.
Ümumilikdə üç gün ərzində 24 ölkənin idmançıları aktivlərinə medal yazdıra biliblər.