ELM VƏ TƏHSİL


“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında tələbə könüllülər fəallıq göstəriblər

Bakı, 23 may, AZƏRTAC

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında tələbə könüllülər fəallıq göstəriblər.

AZƏRTAC xəbər verir ki, bu fikri mayın 23-də Təhsil Nazirliyində keçirilən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının könüllüləri ilə bağlı brifinqdə təhsil nazirinin müavini Firudin Qurbanov söyləyib.

Nazir müavini ümummilli lider Heydər Əliyevin təhsilə və idmana daim böyük önəm verdiyini, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışan F.Qurbanov vurğulayıb ki, bu beynəlxalq idman tədbirinə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etməsi hər birimizdə sonsuz qürur hissi doğurur. IV İslam Həmrəyliyi Oyunlarına 54 ölkəni təmsil edən üç mindən çox idmançı qatılıb.

“Bakı-2017”də iştirak edən ölkələr arasında Azərbaycan 75 qızıl medal qazanıb. İdman arenalarında Azərbaycanın dövlət himni 75 dəfə səslənib, dövlət bayrağı 162 dəfə qaldırılıb. Hamıdan çox qızıl medal qazanan atletlərimiz 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci olublar.

Yarışların gedişi bir daha göstərib ki, “Bakı-2017” Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Oyunlara yüksək səviyyədə hazırlıq görülüb.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bir sıra yarışları arenalarda izləmələri Oyunlara marağı daha da artırıb.

IV İslam Həmrəyliyi Oyunlarına 11 mindən çox könüllünün cəlb olunduğunu deyən F.Qurbanov Oyunların açılış və bağlanış mərasimlərində 3 min 77 könüllünün xidmətindən istifadə edildiyini xatırladıb. Nazir müavini vurğulayıb ki, könüllülərin fəaliyyəti “Bakı-2017” Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən yüksək dəyərləndirilib.

Qeyd olunub ki, Oyunlarda yüksək nəticə göstərən idmançılarımız arasında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin 18 idmançısı olub. Onlar səkkiz idman növü üzrə milli yığma komandaların tərkibində iştirak ediblər. Həmin idmançıların altısı Oyunların mükafatçısı olub.

Təhsil nazirinin müavini tələbə könüllülərə uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.