İDMAN


Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarına start verilib

Boks yarışlarının ilk günündə ikiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov rinqə çıxacaq

Bakı, 12 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarına start verilib.

AZƏRTAC xəbər verir ki, “Baku Crystal Hall”da təşkil olunan yarışlarda 27 ölkənin idmançıları birincilik uğrunda mübarizə aparır.

Boks yarışlarının ilk günündə 60 kiloqram və 91 kiloqramdan yuxarı çəki dərəcələrində boksçular mübarizə aparırlar.

Yığmamızın heyətində ilk olaraq rinqə ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) çıxacaq. Mübarizəyə dörddəbir finaldan qoşulacaq M.Məcidov Qazaxıstan boksçusu Nurlan Saparbaya qarşı çıxış edəcək.

Yarışların idarə edilməsində ölkəmizi Mehman Mürsəlov təmsil edir.

Mayın 13-də səkkizdəbir finalda rinqə çıxacaq Məsud Yusifzadənin (52 kq) ilk rəqibi türkiyəli Ömər Koç olacaq. Kamran Şahsuvarlı (75 kq) Qayana təmsilçisi Desmond Amsterdam, Rauf Rəhimov (81 kq) isə malayziyalı Hafidz Adli Mohd ilə qarşılaşacaqlar.

Altmış kiloqram çəki dərəcəsində yarışa dörddəbir finaldan başlayacaq Cavid Çələbiyev (60 kq) Yoel Volliamson (Qayana) - Hakan Doğan (Türkiyə) duelinin qalibi ilə qarşılaşacaq. Tamerlan Abdullayev (69 kq) isə səkkizdəbir finalda Muhemmetmirat Sahedov (Türkmənistan), Teymur Məmmədov (91 kq) isə dörddəbir finalda Sardorbek Beqaliyev (Özbəkistan) ilə üz-üzə gələcək.

Mayın 15-də 49 kiloqram çəki dərəcəsində boksçuların yarışına dörddəbir finaldan başlayacaq Rüfət Hüseynov Tolqahan Öztürk (Türkiyə) - Omid Əhmadisafa (İran) qarşılaşmasının qalibi, Tayfur Əliyev (56 kq) Taoufik Kaçfi (Mərakeş) ilə rinqə çıxacaq.

Mayın 16-da isə Elvin İsayev (64 kq) dörddəbir finalda Aliyor Noraliyov (Özbəkistan) ilə münasibətlərə aydınlıq gətirəcək.

Finallar isə mayın 18-də olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.