İDMAN


“Bakı-2017”: Kişi voleybolçulardan ibarət İran millisi Mərakeş yığmasına qalib gəlib

Bakı, 16 may, P.Rəhimova, A.İsmayılova AZƏRTAC 

Mayın 16-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışlarında növbəti oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, kişi voleybol komandaları arasında “B” qrupu çərçivəsində İran və Mərakeş yığma komandaları üz-üzə gəliblər. Görüş İran millisinin 3:0 (25:15, 25:23, 25:11) hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyununda “A” qrupunda yer alan kişi voleybolçulardan ibarət Azərbaycan və Fələstin milliləri qarşılaşacaqlar.

Günə qadın voleybol komandaları arasında keçiriləcək Qırğızıstan-Tacikistan oyunu ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.